İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nagehan Alçı tək deyil, “Soros”un maliyyəsi ilə informasiya çirkliliyi yaşanır”-politoloq

618 25.05.2023 14:16 Siyasət A A

“Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanın xeyrinə səsverməsindən sonra Türkiyədə əsasən “Soros” tərəfindən müəyyən maliyyə dəstəyi alan kanallar vasitəsilə informasiya çirkliliyinin şahidi oluruq. Nagehan Alçının açıqlamalarını bu konteksdə qiymətləndirmək istərdim”.

Bu fikirləri Musavat.com-a Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib. O qeyd edib ki, mediada kifayət qədər qeyri-obyektiv, heç bir həqiqətə əsaslanmayan başlıqlar görünür: ““Sinan Oğan neftin puluna satıldı”, “Azərbaycan prezidenti Türkiyədəki seçkilərə müdaxilə edir” kimi sərlövhələr bilgi çirkliliyi yaratmaq, Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədi daşıyır. Türkiyə-Azərbaycan yaxınlaşmasından, qardaşlığımızdan ciddi narahatlıq keçirən bəzi dairələrin maraqlarına uyğun olaraq sifarişləri yerinə yetirən kanallar və jurnalistlər var. Nagehan Alçı tək deyil. “YouTube” kanallarından birində də belə hədyanların şahidi olmuşduq”.

V.Zifəroğlu Qərb dairələrinin seçki ilə bağlı ciddi narahatlığı olduğunu vurğulayıb: “Hazırda müzakirə predmetlərindən biri qalibin necə faiz fərqlə qələbə qazanmasıdır. Müzakirələrə Azərbaycanı da qatırlar, hədəf kimi göstərməyə çalışırlar. Sözügedən dairələrin bununla nəyəsə nail olacağını düşünmürəm. İlk növbədə ona görə ki, Türkiyədə Azərbaycana münasibət bəllidir. Söhbət təkcə, iqtidardan getmir. Türkiyə insanı Azərbaycanı sevir. Bu baxımdan manipulyasiyaların ciddi təsirə malik olacağı ehtimalı sıfıra bərabərdir. Mayın 28-də seçki uğurlu bitəcək. Seçkidən sonra Türkiyə-Azərbaycan qardaşlığı nəinki irəli gedəcək, bütövlükdə bölgəyə müsbət təsir göstərəcək”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR