İnsanlara hürriyət, millətlərə istiqlal!

Nağdsız əməliyyatlara “yaşıl işıq”- stimullaşdırma qərarı verilir

1203 18.11.2022 12:41 İqtisadiyyat A A

Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklərdə nağdsız əməliyyatların stimullaşdırılması nəzərdə tutulur. Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

Komitə sədri Tahir Mirkişili bununla bağlı çıxışında bildirdi ki, bundan əlavə, vergi orqanları ilə qarşılıqlı məlumat mübadiləsi aparılması ilə bağlı məlumatların dəqiqləşdirilməsi, nəzarət-kassa aparatının çeklərində göstərilən məlumatların dəqiqləşdirilməsi, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyuluşunun ƏDV-yə sıfır dərəcə ilə cəlb edilməsi də dəyişikliklər sırasındadır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR