İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir xəstəlikdən əziyyət çəkən Cavanşir Quliyev AÇIQLADI: “1 aydan sonra...”

1839 02.03.2024 15:36 Ölkə A A

“Hazırda özümü yaxşı hiss edirəm. Müalicəm davam edir. 1 aydan sonra müalicə üçün qardaş Türkiyəyə qayıdacam”.

Bunu Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.

Xatırladaq ki, fevralın 12-si Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı. Cavanşir Quliyev Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunub. Həmin müddət ərzində 3 əməliyyat keçirib. Bəstəkar nadir xəstəlikdən əziyyət çəkir.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR