İnsanlara hürriyət, millətlərə istiqlal!

NADİR HADİSƏ: Çində quyruqlu körpə doğuldu - VİDEO

1156 16.03.2024 16:47 Dünya A A

Çində 10 santimetr quyruğu olan körpə doğulub.

Musavat.com xəbər verir ki, bu barədə “Metro.co” məlumat yayıb.

Çinli pediatr Dr.Li nadir hadisənin görüntülərini internetdə paylaşıb. O qeyd edib ki, anomaliya dölün inkişafındakı pozuntuların nəticəsi ola bilər.

Həkim həmçinin körpədə zəncirlənmiş kordon sindromu adlı bir xəstəliyin olduğunu bildirib. Bu, onurğa beyninin ətrafdakı toxumalara bağlanması və hərəkətini məhdudlaşdıran bir xəstəlikdir. Normalda onurğa beyni onurğa kanalı daxilində sərbəst hərəkət edir, lakin bu sindromla sərbəst hərəkət edə bilmir.

MRT müayinəsi pediatrın şübhələrini təsdiqləyib.

Həkimlərin fikrincə, bu, uşaqda nevroloji problemlər yarada bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR