İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətçini hədələyən deputat belə qorunur

578 18.04.2023 16:14 Region A A

Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Artur Ovannisyan aprelin 4-də parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının iclasında etdiyi xuliqanlığa görə cəzlanmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, İstintaq komitəsi “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyana qarşı cinayət işinin başlanmaması barədə qərar qəbul edib. Yəni bununla bağlı yalnız siyasi qərar qəbul edilib və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin qərarı əsaslandırmalıdır.

Xatırladaq ki, bəhs edilən tarixdə komissiya iclasında Artur Ovannisyan müxalifətin ombudsmanlığa namizədi Edqar Qazaryanı dilini və qulaqlarını kəsməklə hədələmişdi. Bununla bağlı komissiyanın sədri Taquhi Tovmasyanın baş prokuror Anna Vardapetyana ünvanladığı məktuba məhəl qoyulmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR