İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalif partiya sədrlərindən namizədlik açıqlamaları

1300 17.05.2024 13:02 Siyasət A A

Müsavat İsa Qəmbərin namizəd kimi seçkilərdə iştirak etməsinə razılıq verəcəkmi? 

Azərbaycanda bu il parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Artıq bir sıra partiya sədrləri, ictimai şəxslər seçkilərdə iştirak edəcəklərini elan ediblər. 

Bir müddət əvvəl yenidən aktiv siyasətə qayıdan və mayın əvvəlində Müsavat Partiyasına başqan seçilən İsa Qəmbərin də seçkilərdə iştirak edəcəyi açıqlanıb. 

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib ki, Müsavat seçkidə iştirak barədə rəsmi qərar versə, İsa Qəmbər namizəd kimi seçkilərdə iştirak edəcək. “Müsavat Partiyası kollegial qərar qəbul edir. Partiyamız parlament seçkilərində iştirak etmək barədə vaxt dəqiq elan edildikdən sonra qərar verəcək. Əgər seçkilərdə iştirak etməyi qərarlaşdırsaq, onda İsa bəy hansı dairəni istəsə, oradan da namizədliyi irəli sürülə bilər”-deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, ölkəmizdə sonuncu dəfə parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirilib. Bu seçkidə Milli Məclisin təxminən 35 faizi yenilənib, 80-dən artıq deputat mandatını qoruyub. 

Tural Abbaslı kimə səs verəcəyini açıqladı - VİDEO | KONKRET

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, parlament seçkilərində iştirak etmək niyyətindədir: “Mən hazırda deputat olmasam da, küçəyə çıxanda insanlar məni ərklə saxlayır və deyir, filan problemi qaldır, bunu de, onu de, deputat deyilsənmi? Yəni elə bilirlər, hazırda deputatam. Bəli, deputat olmaq istəyərəm. Niyə də yox? Parlament seçkilərində iki dəfə 21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd olmuşam. İndi də hazırlaşırıq. Parlamentə düşsək, insanların problemlərini qaldırmaq və həll etmək sarıdan bizim üçün daha rahat olar. Biz xalqın sözünü deyən adamlarıq. İndi də kimlərinsə problemlərinə görə xahişlər edirik. Deputat olsam, problemləri asanlıqla həll edərəm. Yaxşı mənada o nüfuzdan istifadə edərəm. O qədər deputat var ki, seçiciləri şikayətlərini mənə deyib, həmin dəqiqə yönləndirmişəm ki, baxın, sizin seçicinizdir, problemini həll edin. Türkiyə olsaydı, əminliklə deyərdim ki, qalib gələcəm. Amma burada çətin də ola bilər. Buna baxmayaraq, xalqın səsini alacağımdan əminəm”.

Akif Nağı da deputat olmaq istəyir Pravda.az

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, hər bir partiyanın işi seçkilərdə iştirak etməkdir. Ən vacibi də parlament seçkilərində namizədləri ilə iştirak etmək hər bir partiya üçün önəmlidir: “Bizim partiya təbii ki, növbəti parlament seçkilərində iştirak edəcək. Namizədlərimiz olacaq. Şəxsən mənim özüm də seçkiyə namizəd kimi qatılacağam. İndidən hazırlıq işlərinə başlamışıq. Hansı dairədən namizədliyimin irəli sürülməsinə isə baxacağıq. Mən bilirsiniz ki, əslən Ağdam rayonundanam. Ona görə də böyük ehtimalla deputatlığa namizədliyim Ağdam rayonuna aid dairələrin birindən irəli sürüləcək. Vəziyyətə baxacağıq, başqa hansı namizədlərin olacağına da diqqət edəcəyik. Ciddi ölçüb-biçdikdən sonra son qərarımızı verəcəyik. Namizədliyimin hər bir halda Qarabağ bölgəsindəki dairələrindən birindən verilməsi təbii ki, məqsədəuyğundur. Seçkilərin vaxtı təyin olunandan sonra bu barədə daha dəqiq qərarımız veriləcək”.  

Arzuxan Əlizadə: Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyub

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, seçkinin dəqiq vaxtı rəsmən elan olunduqdan sonra Milli İstiqlal Partiyası namizədlərini dairələr üzrə rəsmi müəyyənləşdirib ictimaiyyətə məlumat verəcək: “Milli İstiqlal Partiyası böyük seçki təcrübəsinə malik nüfuzlu partiyadır. Ölkəmizin bütün dairələrində seçicilər arasında Milli İstiqlal Partiyasına rəğbət var. Bu amil də bizim partiyanın deputatlığa namizədlərinin şanslarını artırır”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR