İnsanlara hürriyət, millətlərə istiqlal!

Müştəriləri təmtəraqla qarşılamaq restoran sahibinə baha başa gəldi FOTO VİDEO

854 03.12.2022 16:43 Hadisə A A

Türkiyədə restoranda müştəriləri məşəllə qarşılayarkən yanğın baş verib.

Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin Adana şəhərində baş verib.

Restoranda baş verən yanğın qoşuluqdakı motosiklet mağazasına da sıçrayıb. Hər iki obyektə milyonlarla lirəlik ziyan dəyib.

İddialara görə, işçilər restorana gələn müştəriləri məşəllə qarşılayıblar. Bu vaxt restoranda olan süni çiçəklər qəfildən alışıb. Alov tez bir zamanda bütün restoranı bürüyüb, daha sonra qonşuluqdakı müəssisələrə yayılıb. 

Hadisə yerinə yanğınsöndürənlər gəldikdən sonra yanğın çətinliklə nəzarətə götürülüb. Restoran külə dönərkən, onun yanındakı lüks motosikletlərin satıldığı mağazada onlarla motosiklet yararsız hala düşüb. Motosiklet satıcısı milyonlarla lirəlik zərərin olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR