Bir neçə saat öncə Musavat.com-da “Kanalizasiya quyusu daşdı, çirkab sular “Xalqlar dostluğu” metrostansiyasına doğru axdı” sərlövhəli material dərc etmişdik.
Az öncə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı həmin ünvanda müvafiq qurumun əməkdaşları tərəfindən işlərin görüldüyünün şahidi olduq. Belə ki, cavabdeh qurumun əməkdaşları iki gündür sakinlərin rahatlığını pozan kanalizasiya problemini həll ediblər.
Musavat.com