İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Quliyev: “Azərbaycan vətəndaşı bilir ki, onun qüdrətli dövləti var”

464 12.04.2022 11:40 Gündəm A A

Milli Məclisin komitə sədri Musa Quliyev plenar iclasdakı çıxışında prezident İlham Əliyevin 4 il öncə prezident seçkilərində növbəti dəfə qalib gəlməsindən bəhs etdi.

“Cənab prezident İlham Əliyevin rəhbərliyi dövrü müstəqil Azərbaycanın dövlətçilik tarixində sürətli sosial-iqtisadi inkişaf, tərəqqi, dərin islahatlar və böyük qələbələr dövrü kimi qalacaq. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasını uğurla inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qısa müddətdə təkcə regionun deyil, beynəlxalq birliyin hesablaşdığı güclü iqtisadiyyata malik qüdrətli, demokratik, hüquqi dövlətə çevirildi”, - M.Quliyev bildirdi.

Komitə sədri dedi ki, aparılan sistemli islahatlar nəticəsində 2009-cu ildə ölkəmizdə iqtisadi sahədə keçid dövrü başa çatdı, 2013- cü ildə isə cənab prezident Azərbaycanın sosial dövlət olduğunu ölkə vətəndaşlarına və dünya içtimaiyyətinə bəyan etdi: “2018-ci ildə növbəti dəfə xalqının böyük etimadını qazanaraq prezident seçilən cənab İlham Əliyev ölkəmizdə dərin sosial islahatlara başladı. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı 40-dan çox fərman və sərəncamlarla ölkə əhalisinin əksəriyyətini əhatə edən 3 sosial islahat zərfi icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir. Bu islahatların nəticəsində son 4 ildə minimum əmək haqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 40 faizə yaxın, median əmək haqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə artım baş verib. Aparılan islahatlar sosial ədalətə və sosial rifaha hədəflənməklə, çoxşaxəlidir, ardıcıldır və şəhid ailəlırini, Qarabağ qazilərini, veteranları, valideyn himayəsindən məhrum uşaqları və s. həssas qrupları tam əhatə etməkdədir”.

M.Quliyev daha sonra bunları söylədi: “Prezident İlham Əliyevin 2018-ci ilin 18 aprelində elə bu salonda kecirilən andiçmə mərasimində söylədiyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” sözləri yaşadığımız həyatda öz təsdiqini tapıb, gerçəkliyə çevrilib. Bu gün Azərbaycan vətəndaşı sabahından arxayındır, bilir ki, onun qüdrətli dövləti var. Bu gün Azərbaycan vətəndaşı qürurludur və sabahına inamlıdır. Bilir ki, onu böyük qələbələrə aparan, əmin və firəvan həyatını təmin edəcək cəsarətli və müdrik lideri var.”

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR