İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Qasımlı: “Bu, sadəcə idmanda qazanılan qələbə deyil”

584 23.02.2024 12:30 Gündəm A A

Deputat Musa Qasımlı Milli Məclisdəki çıxışında əvvəıcə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, keçirilən görüşlər, ilk rəsmi səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsindən bəhs edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, bütün bunlar xarici siyasətimizin parlaq səhifələrindən biridir.

“Münxendə bir sıra ölkələrin nümayəndə heyətlərinin başçılarının cənab Prezidentimizlə görüşməyə can atması bir tarixi xatırladır. 1923-cü ildə qəhrəman türk milləti istiqlal savaşında qalib gəldikdən sonra əvvəllər düşmənçilik edən bir sıra dövlətlərin rəhbərləri, rəsmi şəxsləri Qazi Mustafa Kamal Paşa ilə görüşmək, əlini sıxmaq istəyərdilər. Buna bənzər mənzərəni Münxendə cənab Prezidentimiz İlham Əliyevlə görüşlərdə və deyilən sözlərdə gördük. Millətimiz üçün qürurverici anlar idi” - deputat qeyd edib.

M.Qasımlı Xocalıda Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımın 32-ci ildönümündə onların ruhunu ehtiramla anaraq, Allah soyqırımı qurbanlarına rəhmət diləyib:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən törədilən soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir, bu qurama dövlətin məlum keçmiş rəhbərləri məsuliyyət daşıyırlar. Xocalıda törədilənlər Ermənistanın dövlət siyasətinin təzahürlərindən biridir. Bu il soyqırımı qurbanlarının xatirəsini fərqli bir şəraitdə anırıq. Xankəndidə bayrağımızın dalğalanması, ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin bərqərar edilməsi, millətimizin həyatında yeni bir mərhələnin başlanması ilə Xocalı soyqırımı qurbanlarının ruhu da şaddır. Xocalı soyqırımı qurbanlarını ehtiramla anmaq həm keçmişimizi unutmamaq, Ermənistanın simasını göstərmək, həm də buna bənzər hadisələrin təkrarlanmaması baxımından gələcək nəsillərə və dünyaya bir çağırışdır. Bundan ötrü biz bir millət olaraq daim güclü olmalıyıq. Xocalıda şəhərində soyqırımı qurbanlarına abidənin tikilməsi necə olardı?”

Deputat yekunda “Qarabağ” futbol klubunun Avroliqadakı qələbəsindən bəhs edib. O bildirib ki, bu qalibiyyət sadəcə idmanda qazanılan qələbə deyil:

“Bu, dövlətimizin yürütdüyü “yumşaq güc” siyasətinin bir parçası olan idman diplomatiyasının millətə ruh verən uğurlu hadisələrindən biri, regionu hələ də qarışdırmaq istəyənlərə yaşıl meydanda verilən cavabdır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR