İnsanlara hürriyət, millətlərə istiqlal!

Muharrem İnce Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

1701 11.05.2023 15:35 Son xəbər A A

Türkiyə Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İncə namizədlikdən geri çəkilib.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

"Şəkli İsrail porno saytından götürdüyü görüntülərə başımı qoyurlar və bunu FETÖ-çülər edir. Türkiyədə rəqib olacağım üçün bunu paylaşanlar var. Cümhuriyyət tarixində heç kim belə bir böhtan görməyib. Bütün bunlar olarkən prokurorlar və jurnalistlər bunu dilə gətirmədilər. 45 gündür etibar sui-qəsdi edilir. Porno saytlarından nəsə götürüb paylaşırlar, polis axtarmır. Jurnalist Məhərrəm İncəyə böhtan atılır demir. Gizlilik deyir. Bu, şəxsi həyat deyil, böhtandır. Türkiyə Cümhuriyyəti mənim nüfuzumu qoruya bilmədi. Saraydan pul götürdüm, geri çəkilə bilməz deyən qorxaqlıq edənlərə səslənirəm. Mən onlardan qorxmuram. Mən namizədliyimi geri götürürəm. Mən bunu məmləkətim üçün edirəm", - o bildirib.

İncənin adı 14 may seçkisinin bülletenlərində yer alacaq, lakin ona verilən səslər sayılmayacaq.

Qeyd edək ki, dünən İncenin yaxın günlərdə prezidentliyə namizədliyini geri götürəcəyi barədə məlumatlar yayılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR