İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəni dəstəkləyən rus müğənninin konserti ləğv edildi

1167 15.11.2022 15:50 Şou-biznes A A

Qazaxıstanda rusiyalı estrada müğənnisi Polina Qaqarinanın konserti ləğv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın “Arbat.media” nəşri məlumat yayıb.

Məlumata əsasən, Qazaxıstanda sosial şəbəkə istifadəçiləri müharibəni dəstəkləyən bir sənətçinin ölkəyə dəvət edilməsinə hiddətlərini kütləvi şəkildə dilə gətiriblər.

Polina Qaqarinanın konserti gələn ilin fevralın 14-nə planlaşdırılıb. Onun elanından az sonra sosial şəbəkələrdə “məşhur Z-artistini Qazaxıstana dəvət edən” təşkilatçıları tənqid edən yazılar görünməyə başlayıb.

Konsert hələ rəsmi olaraq ləğv edilməyib. Lakin onun elanı Qaqarinanın rəsmi saytından, tur təşkilatçılarının və bilet satan agentliklərin internet səhifəsindən itib. Daha sonra sosial şəbəkələrdə sənətçinin nümayəndələri ilə yazışmalarının skrinşotları peyda olub. Onlar konsertin ləğv olunduğunu təsdiqləyirlər.

Polina Qaqarina Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə dəstəkləyir. Fevralın 25-də o, Nikolay Baskovun müharibəni “sülhməramlı əməliyyat” adlandırdığı statusunu bəyənib. Martın ortalarında isə Lujnikidə Krımın işğalının ildönümünə həsr olunmuş konsertdə çıxış edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR