İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi - FOTO

883 23.11.2023 11:12 Hadisə A A

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR