İnsanlara hürriyət, millətlərə istiqlal!

Muğanlı-İsmayıllı yolu buz bağladı, qəza oldu - RƏSMİ AÇIQLAMA - VİDEO

608 30.01.2024 17:05 Hadisə A A

Duman və yolun buz bağlaması səbəbindən Qobustan ərazisində, Muğanlı-İsmayıllı yolunda, Mərəzədə avtomobillər yolda qalıblar.

İsmayıllı-Muğanlı yolunda isə bir neçə avtomobilin iştirakı ilə qəza baş verib.

Yoldakı buzun təmizlənməsi üçün hansı işlər görülür?

Musavat.com bildirir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Trend-ə bildirib ki, dünən də magistral yol boyunca və kəndlərə gedən yol boyunca buzlaşma qeydə alınıb.

"Bu gün səhər saatlarında eyni hal qeydə alınıb. Çox güman ki, axşama doğru da yolda buzlaşma olacaq. Agentliyin texnikaları yolda növbə çəkirlər. Nəsə olarsa, müdaxilə edirlər. Yola duz və qum səpilir. Sürücülərimiz də həmin yollardan istifadə edərkən diqqətli olsunlar",- deyə o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR