İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəmmalı şəkildə itkin düşən Goranboy sakininin son telefon danışığı kiminlə olub? - VİDEO

1246 26.01.2024 01:26 Hadisə A A

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.

“Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində Cavidin itkin düşməsində adı hallanan Vüqar Cəfərov danışıb.

Qeyd edək ki, o, itkin düşən Cavid Bayramovla telefonla danışan son adam olub.

“Cavid məndən inək almaq istəyirdi. Telefonla zəngləşib mala baxmağa getdik. Sahəmizdə mal-qaraya baxanda kənd sakini olan xanım bizi görüb. Cavidlə qiymətdə razılığa gələ bilmədiyimiz üçün malı onu satmadım”.

Vüqar Cəfərov açıqlaması zamanı Cavidin itkin düşdüyü gün onunla telefon danışığı aparmadığını qeyd etsə də, daha sonra bunu etiraf edib.

Verilişin aparıcı Lalə Azərtaş Cavidin axtarışına dəstək olan Musavat.com saytına təşəkkürünü bildirib.

O qeyd edib ki, sözügedən mövzu Azərbaycan mediasının diqqətindədir.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR