İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin əməkhaqları nə qədər artacaq?

935 21.02.2024 13:48 Ölkə A A

Millət vəkili Vüqar Bayramov müəllimlərin əməkhaqlarının nə qədər artacağı ilə bağlı suallara aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, V.Bayramov artımların sertifikasiya nəticələrinə yoxsa ümumi prinsiplərə əsaslanmasının müzakirə olunan məsələlərdən olduğunu qeyd edib:

“2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub. Bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142.8 milyon manat artılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əməkhaqqı artımları baxımdan digər mühim məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manat məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur.

Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Differensial sistemin dəyişdirilməsinə və əməkhaqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var”.

Millət vəkili əlavə edib ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərin də əməkhaqlarının 35 faiz artırılmasının maliyyə tutumunun hesablanması və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilməsi təklif olunur.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR