İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübariz Mənsimov atasının dəfnində iştirak edə bilməyəcək

3260 20.06.2023 22:03 Son xəbər A A

“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.

Musavat.com xəbər verir ki, bunu şirkətin sözçüsü Fidan Quliyeva feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir.

Qeyd edək ki, Mübariz Mənsimovun atası bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR