İnsanlara hürriyət, millətlərə istiqlal!

Müavinət və təqaüdlər son 3 ildə 3,5 dəfə artıb- Nazir AÇIQLADI

409 15.04.2022 16:59 Sosial A A


Bu ilin əvvəlindən yeni sosial islahat paketi çərçivəsində sosial müavinətlər də orta hesabla 34 faiz, Prezidentin aylıq təqaüdləri isə orta hesabla 26 faiz artırılıb.

Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, ümumilikdə son üç ildə aparılan sosial islahatlar nəticəsində sosial müavinət və təqaüdlərin orta hesabla 3,5 dəfə artmasına nail olunub: “Əgər 2019-cu ildə sosial müavinət və təqaüdlərin ödənişi üçün illik 380 milyon manat ayrılırdısa, bu il üçün həmin məbləğ 1,4 milyard manatdır”.

Nazir minimum pensiyanın da son 3 ildə 2,2 dəfə artaraq 110 mantdan 240 manata, orta aylıq pensiyanın 75 faiz artaraq 363 manata, yaşa görə pensiyanın 70 faiz artaraq 394 manata çatdığını bildirib.

“Son üç ildə 3 sosial islahat paket həyata keçirilib ki, 4 milyon insanı əhatə edib və həmin islahatlar üçün hər il üzrə əlavə olaraq ayrılan vəsait 6 milyard manat təşkil edir”.

S.Babayev minimum əməkhaqqının da son 3 ildə 2,3 dəfə, median əməkhaqqının 80 faiz, əməkhaqqı fondunun 2,1 dəfə artdığını diqqətə çatdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR