İnsanlara hürriyət, millətlərə istiqlal!

MTV-nin cəzalandırılmasına səbəb olan həmin ifadələr - VİDEO

3872 22.02.2024 21:00 Gündəm A A

Xəbər verdiyimiz kimi, aparıcı Tarix Əliyevin (Tolik) "Tarixin bir günü" verilişindəki çıxışına görə MTV kanalının yayımı 8 saatlıq dayandırılacaq. 

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Tolikin proqramda məktəbli qızın yeniyetməni təhqir etdiyini əks etdirən videonu müzakirə etməsi olub. 

Aparıcı efirdə "Valideynlər üzr istəməlidirlər, onlar uşağın yerinə utanmalıdırlar. Sən şüvəlanlıların adını necə batıra bilərsən. Şüvələndan minlərlə qeyrətli qadınlar, kişilər çıxıb. Kənd camaatı onun anasını, atasını çağırmalıdır ki, bu nə qızdır böyütmüsünüz. Şüvəlanı bu tərbiyəsizlə tanımaq lazım deyil" sözlərini işlədib.  

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş "MTV" televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR