İnsanlara hürriyət, millətlərə istiqlal!

MSN-in nümayəndə heyəti Belarusda işgüzar səfərdədir FOTO

408 16.07.2024 20:22 Siyasət A A

İyulun 15-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun dəvəti əsasında Minsk şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Musavat.com-a Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Yaşar İsakov məlumat verib.

Səfər çərçivəsində nazir Vüqar Mustafayev Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb və iki dost ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində MSN-in nümayəndə heyətinin bir sıra müəssisələrin istehsalat prosesi ilə tanış olması da planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR