İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mossad” rəhbəri Qətər nümayəndələri ilə danışıqlar aparacaq

333 16.12.2023 12:02 Dünya A A

İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (“Mossad”) rəhbəri David Barnea Avropaya yollanıb və orada Qətər nümayəndələri ilə HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı yeni razılaşma üzrə danışıqlar aparacaq.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Daha əvvəl İsrail KİV-ləri məlumat vermişdi ki, Qətər və Misirdən olan nümayəndələr ötən həftə sonu İsraillə əlaqə saxlayıb. Onlar İsrail tərəfindən Qəzza zolağında hələ də saxlanılan girovların azad edilməsi ilə bağlı mümkün yeni razılaşma üzrə danışıqları bərpa etməyə hazır olub-olmadığını soruşublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR