İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya yağan qarın qalınlığı 150 illik maksimuma çatıb

1188 15.12.2023 13:08 Dünya A A

Moskvada qar örtüyünün hündürlüyü müntəzəm meteoroloji ölçmələrin bir əsr yarım tarixində maksimuma çatıb.

Musavat.com Rusiya mediasına istinadla bildirir ki, Phobos hava mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets teleqram kanalında son 24 saat ərzində qar yığınlarının hündürlüyü 49 santimetrə qədər artdığını yazıb.

“Moskvada dekabrın 15-də müntəzəm meteoroloji ölçmələrin aparılmasının 150 illik tarixində heç vaxt baş verməmiş qar yağıntısı var. Belə ki, səhər saat 9-a kimi paytaxtın VDNKX baza meteoroloji stansiyasında qar örtüyünün dərinliyi 38 sm, Tuşinoda 40 sm, Balçuqda 43 sm, MDU-da 49 sm olub. Norma isə 15 sm-dir”, - deyə hesabatda deyilir.

Qeyd olunur ki, 1919-cu ildə Moskvada qar ölçən çubuq 32 sm- göstərib, beləliklə 104 il davam edən rekord bu gün qırılıb. "İndi 2023-cü ilin 15 dekabrı qar yağıntısıı üzrə rekordçu olur", - Tişkovets əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR