İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan MÜHÜM bəyanat gəldi: Xankəndi ermənilərinin qayıdışı... – Kamran Həsənli danışır

2094 18.04.2024 16:00 Son xəbər A A

“Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək şərti ilə vətənə qayıtmaq imkanı olmalıdır”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Qarabağ ərazisini tərk edən erməni əhalisinə gəlincə, qeyd etdiyiniz kimi, Azərbaycan hakimiyyəti xüsusi reinteqrasiya planı qəbul edib. Rusiyanın bu addımı alqışladığı və dəstəklədiyi dəfələrlə vurğulanıb. Qarabağ ermənilərinin öz hüquqlarının lazımi səviyyədə təmin edilməsi və təbii ki, təhlükəsizliyi təmin olunmaqla regiona qayıtmaq imkanı olmalıdır”, - deyən Zaxarova Rusiyanın da öz növbəsində bu prosesə hər cür kömək etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu məsələni 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı və Azərbaycanı tərk etmiş azərbaycanlıların və ermənilərin vətənə qayıtması mövzusundan ayırmaq lazımdır:

“Bu kateqoriyadan olan vətəndaşların potensial olaraq geri qayıtmasına şərait yaratmaq həcmində iş görülməlidir. Bizə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşması lazımdır, biz ölkələr arasında etimad mühiti yaratmalıyıq, o cümlədən sülh müqaviləsi imzalamalıyıq və kommunikasiyaların blokunu açmalıyıq”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Kamranla 1” verilişində aparıcılar - Kamran Həsənli və Emil Salamoğlu gündəmi dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR