İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada PUA-ların havaya qaldırılması QADAĞAN olundu

700 03.05.2023 20:44 Region A A

“Bu gündən etibarən Moskvada dövlət orqanlarının qərarları ilə istifadə edilən PUA-lar istisna olmaqla, pilotsuz uçuş aparatlarının istifadəsində qadağa tətbiq edilib”.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

“Qərar hüquq-mühafizə orqanlarının işini çətinləşdirə biləcək PUA-lardan icazəsiz istifadənin qarşısını almaq üçün qəbul edilib. Xatırladıram ki, PUA-nın icazəsiz buraxılması cinayətdir və inzibati və cinayət məsuliyyətinə səbəb olur”, - deyə Sobyanin vurğulayıb.

Paytaxt Moskvanın ardınca Moskva vilayətində PUA-lardan istifadə qadağan olunub. Vilayət qubernatorunun müvafiq qərarı ilə PUA-ların uçması üçün icazələrin verilməsi qadağan olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR