İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada BOMBA HƏYƏCANI: Karlsonun qaldığı hotel... - DETALLAR FOTO

934 09.02.2024 16:18 Region A A

Moskvada amerikalı jurnalist Taker Karlsonun qaldığı “Four Seasons” hotelinə “bomba” qoyulması barədə xəbər yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Qeyd olunub ki, fevralın 8-i axşam saatlarında polisə anonim zəng daxil olub. Belə ki, zəng edən şəxs hotelə bomba qoyulduğunu bildirib və amerikalı jurnalistin həbsini tələb edib. O, “Four Seasons”də 50 kiloqram partlayıcı olduğunu bildirib.

FOUR .png (579 KB)

Hüquq-mühafizə orqanlarının əməkdaşları Oxotnıy Ryaddakı hoteldə axtarışlar aparıblar. Lakin partlayıcı tapılmayıb.

Anonim zəngə qədər Taker Karlsonun Rusiyanı tərk etdiyi məlum olub. Lakin zəng edənin bundan xəbəri olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR