İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada ana oğlunu killerə sifariş edib - Polis hoqqa çıxarıb

806 25.01.2024 13:13 Dünya A A

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Moskvada sifarişli qətl təşkil etməyə cəhddə şübhəli bilinən iki qadının saxlanıldığını bildirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, İ.Volk bu barədə mediaya danışaraq deyib: “İlkin məlumatlara görə, hücum edənlərdən biri şəxsi tamah səbəbi ilə oğlunun öldürtməyə çalışıb. Qadın milyon rubl ödəyəcəyini vəd edərək rəfiqəsindən killer tapmağı xahiş edib”.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu plandan xəbərdar olub və onlar, necə deyərlər, hoqqa çıxararaq, sifariş olunan qətli səhnələşdiriblər. Daha sonra polis oğlunun qətlini sifariş verən müştəriyə güllə yarasını imitasiya edən makiyajlı bir adamın fotosunu təqdim edib.

“Cinayətin icrasını təsdiq edən fotoşəkilləri alan vasitəçi razılaşdırılmış məbləğin yarısını "cinayəti törədən şəxs"ə köçürüb. Hər iki qadın saxlanılıb”, - deyə məlumatda bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR