İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva yeni planını işə saldı - Vardanyan hərəkətə keçdi

2474 20.08.2023 20:37 Siyasət A A

Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Dünyanın tanınmış televiziya kanalları və aparacıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, çox keçmədən bu “populyarlıq” onu separatçıların “dövlət naziri” vəzifəsinə gətirib:

“Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutyunyanla əvəzləyib, Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Vardanyanla heç bir dialoq olmayacaq, o, Qarabağa yad ünsürdür. Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı.

Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Arutyunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı “istefa”ya göndərdi. Vardanyanın “populyarlığı” həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı.

Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O, son videomüraciətində separatçıların lideri Arutyunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutyunyanın adını çəkmədən “yerli idarəetmə”ni yumşaq formada tənqid edirdi, bu dəfə isə o baş separatçını ağır sözlərlə ittiham edib. Vardanyan Qarabağ ermənilərinin kənar çağırışlarla yanaşı, daxillərində də ciddi problemləri olduğunu söyləyib”.

Elxan Şahinoğlu hesab edir ki, Vardanyan faktiki Arutyunyana ultimatum verib:

“İstefa verməsən, biz Səni buna məcbur edəcəyik” demək istəyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Onun çıxışında “istefa vermək əvəzinə, sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz” cümləsi diqqət çəkib.

Araika “istefa” verməməsi üçün Ermənistan Baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edənlər təzyiq edib?

Paşinyan üçün Qarabağ ermənilərinin kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o, bu yükdən qurtulmaq istəyir. Moskva üçün isə separatçıların başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin iki ildən sonra bölgəni tərk etməsi məsələsi var. Bütün hallarda Araik “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Vardanyan olmayacaq. Birincisi, Bakı onunla dialoqa getməyəcək, ikincisi, yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR