İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva metrosunda kişi sevgilisini qatarın altına atdı - VİDEO

865 14.03.2024 22:05 Hadisə A A

Rusiyanın paytaxtı Moskvada metroda tanışını qatarın altına itələyən şəxs saxlanılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz “Telegram” kanalında məlumat verib.

Bildirilib ki, hadisə ötən gecə metronun “Voykovskaya” stansiyasının Zamoskvoretskaya xəttində baş verib. Cütlük platformada dayanarkən mübahisə edib və hirsli kişi sevgilisini yerə yıxıb. Sonra o, şahidlərə əhəmiyyət verməyərək onu birbaşa yaxınlaşan elektrik qatarının altına atıb.

Sürücü cəld reaksiya verib və təcili əyləci basıb, hadisə nəticəsində qız xəsarət almayıb. Hadisənin şahidi kişinin qaçmasına imkan verməyib. Bundan sonra polis şübhəli şəxsi saxlayıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR