İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moody's” Türkiyənin 2022-ci il üçün iqtisadi artım proqnozunu yüksəldib

567 11.11.2022 13:50 İqtisadiyyat A A

“Moody's” Beynəlxalq Reytinq Agentliyi Türkiyə iqtisadiyyatının 2022-ci il üçün artım proqnozunu 4,5 %-dən 5,3 %-ə qədər yüksəldib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyənin gələn il üçün ÜDM artımı proqnozu 2 %, 2024-cü il üçün isə 3 % səviyyəsində təsdiqlənib.

Daha əvvəl Türkiyə Statistika Təşkilatı (TÜİK) xəbər verib ki, ölkədə illik inflyasiya sentyabrda 83,45 %, oktyabrda isə 85,51 % təşkil edib.

TÜİK-in məlumatına əsasən, 1 ay ərzində istehlak qiymətlərinin artımı 3,54 % olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR