İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimindən etiraz edən gənclərə AĞIR CƏZA  

391 18.01.2023 16:12 Region A A

Şərqi Azərbaycanın əyalətinin Apellyasiya Məhkəməsi gənc aktrisa və sənətçi Səmanə Babazadə barədə hökm çıxarıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, təbrizli aktrisa 10 milyon tümən cərimə edilib, mobil telefonu və kompüteri müsadirə olunub, habelə, 10 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Təbriz İnqilab Məhkəməsi Tövhid Dərvişi Əhvaz həbsxanasında sürgündə 10 il həbs cəzasına və 5 milyard tümən təzminat ödəməyə məhkum edib.

Təbrizdə həbs edilən 16 yaşlı Əmir Rza Baqiri “İranın rəhbərini təhqir etmək” və “rejim əleyhinə təbliğat aparmaq”da ittiham olunub və eyni ittihamlarla mühakimə olunacağı gözlənilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR