İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada müxalifətə platforma verən 5 telekanalın lisenziyası ləğv edilib

331 30.05.2024 15:15 Dünya A A

Moldovanın İnvestisiya Layihələrinin Təşviqi Şurası müxalifətə platforma verən 5 televiziya kanalının yayım lisenziyasını ləğv edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Söhbət “Moldovada ilk”, “Accent TV”, “Horizont TV”, “Kanal 2” və “Kanal 3” kanallarından gedir. “Onlar tələb olunan maliyyə məlumatlarını Şuraya təqdim etməyiblər. Bundan əlavə, bu telekanalların Moldova Demokratik Partiyasının keçmiş lideri Vladimir Plaxotnyuk və ləğv edilmiş “Şor” partiyasının keçmiş lideri İlan Şorla əlaqələri aşkarlanıb”, - məlumatda deyilir.

Hökumət sözçüsü Daniel Voda özünün Telegram kanalında şirkətlərin lisenziyalarından "şübhəli mənbələrdən maliyyələşdiyinə görə" məhrum edildiyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR