İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova KİV-i Prezident İlham Əliyevin Qarabağa dair fikirlərinə geniş yer ayırıb

338 13.04.2022 22:33 Gündəm A A

Moldova mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə haqqında məqalələr dərc edib.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, nüfuzlu “NOİ” xəbər portalında Prezident İlham Əliyevin müşavirədə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına, regionda əməkdaşlıq perspektivlərinə dair fikirlərinə geniş yer ayırıb. Məqalədə dövlətimizin başçısının çıxışına istinadla qeyd olunub ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistanın təqribən 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv edib: “Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.

Dərc olunan digər bir məqalədə isə Prezident İlham Əliyevin çıxışı ilə bağlı qeyd edilir: “Ermənistanın 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR