İnsanlara hürriyət, millətlərə istiqlal!

Mkrtçyan: Paşinyan baş nazir postunu saxlamağa kömək edən mərkəzlərlə əməkdaşlıq edir

737 14.11.2023 20:50 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyan heç vaxt xarici siyasət xətti tutmayıb, öz fəaliyyətində yalnız hakimiyyəti saxlamaq maraqlarını rəhbər tutur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Şərəf duyuram” fraksiyasının üzvü Anna Mkrtçyan danışıb.

Mkrtçyan Paşinyanın KTMT-nin Minskdə keçiriləcək sammitində iştirak etməmək qərarını şərh edib.

Onun sözlərinə görə, 2018-ci ildə hakimiyyəti ələ keçirəndə Nikol Paşinyan heç vaxt təhlükəsizlik sisteminin mövcud mexanizmlərini gücləndirmək və ya heç olmasa qoruyub saxlamaq məqsədini qarşısına qoymayıb.

Erməni deputat Paşinyanın xarici siyasət vektorunu dəyişməsi fikri ilə də razılaşmır. Onun sözlərinə görə, Paşinyanın xarici siyasəti yalnız öz hakimiyyətini saxlaması üçün imkanlar və təminatlar yaratmaq üçündür.

“Rusiya ilə əməkdaşlıq mümkün olsaydı, o, oraya yönələrdi. Hətta 1-1,5 il əvvəl o, 9 noyabr tarixli Üçtərəfli Bəyanatı tərifləyərək onu “əla sənəd” adlandırırdı, indi isə ritorika “yaxşı, bu necə sənəddir, əslində yoxdur” şəklində dəyişib. O, rusiyapərəst deyil, qərbpərəst deyil, ən əsası isə ermənipərəst deyil, sadəcə öz kreslosunu sevir. Bu kreslonu hansı mərkəz onun altında tuta bilirsə, onunla yaxından işləyir”, - deyə erməni deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR