İnsanlara hürriyət, millətlərə istiqlal!

MKİ rusları bu üsulla ələ alır

575 16.05.2023 11:11 Siyasət A A

MKİ rusları ələ almaq üçün "Telegram" kanalı yaradıb.

Mayın 13-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rusları ələ almaq üçün "Telegram" kanalı yaradıb və mayın 16-da orada təbliğat videosu yerləşdirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri "CNN" telekanalına müsahibədə kanalın həqiqiliyini təsdiqləyiblər. Onun yaradılmasında iştirak edənlərdən biri bildirib ki, agentlik Telegram və sosial mediada mesajlar və videolar yerləşdirməklə ABŞ-a lazım olan məlumatların əldə edilməsində ümidlidir.

Qeyd edək ki, bundan öncə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi general-leytenant İqor Kirillov ABŞ Energetika Nazirliyinin Ukraynada əvvəllər çalışmış kütləvi qırğın silahları üzrə mütəxəssisləri cəlb etdiyini bildirmişdi.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR