İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixael Şumaxerin bolidi rekord qiymətə satılıb

867 10.11.2022 01:45 İdman A A

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin 1998-ci ildə idarə etdiyi Ferrari F300 avtomobili Cenevrə şəhərində Sotheby`s auksionunda rekord qiymətə - 14,6 milyon ABŞ dollarına satılıb.

Bu barədə “Report” “Forbes” nəşrinə istinadən xəbər verir.

Əvvəlki rekord da Şumaxerin avtomobilinə məxsus idi. Onun 2001-ci ildə “Royal Race”də çempionluq əldə etdiyi avtomobil 2017-ci ildə 7,5 milyon dollara satılıb.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR