İnsanlara hürriyət, millətlərə istiqlal!

MİT-dən nöqtə əməliyyatı: PKK-nın "maliyyə rəisi" zərərsizləşdirildi FOTO

576 19.03.2023 15:25 Son xəbər A A

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi əməliyyatla terror təşkilatı PKK/YPG-nin "maliyyə rəisi" "Həmzə Kobani" kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

1986-cı ildə PKK-ya qoşulan və təşkilatın ən yaşlı kadrlarından biri olduğu bildirilən Mehmet Yıldırımın Türkiyə və İraqda yüksək səviyyəli fəaliyyət göstərdiyi, 2015-ci ildə maliyyə işlərinə rəhbərliyi həyata keçirmək üçün Suriyaya keçdiyi qeyd olunur.

Milli Kəşfiyyat Təşkilatı son illərdə İraq və Suriyada həyata keçirdiyi əməliyyatlarla PKK-nın axtarışda olan bir sıra yüksək rütbəli üzvünü məhv etməyə nail olub. MİT-in 2022-ci ildə Suriya və İraqda həyata keçirdiyi nöqtə əməliyyatlarında 23 yüksək səviyyəli idarəçi məhv edilib, bir çox terrorçu tutularaq Türkiyəyə gətirilib. Bölgədə yerli kəşfiyyat fəaliyyətləri və uzunmüddətli təqiblər nəticəsində həyata keçirilən əməliyyatlarla terror təşkilatına sarsıdıcı zərbələr vurulub.

Musavat.com

WhatsApp Image 2023-03-19 at 15.17.58.jpeg (38 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR