İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirdən İtaliyaya elektrik kabel xətti çəkiləcək

573 15.12.2023 20:11 Dünya A A

Gələn ildən Misir və İtaliya arasında ümumi uzunluğu 2,8 min km olan yüksək gərginlikli sualtı kabel xəttinin çəkilməsi və müvafiq infrastruktur obyektlərinin tikintisini nəzərdə tutan “yaşıl enerji” dəhlizinin yaradılması layihəsinin icrasına başlanacaq.

Musavat.com xəbər verir ki, bu məlumatı İnterfaks Agentliyinə K&K Group (BƏƏ) investor şirkətinin direktorlar şurasının sədri Tacəddin Seif verib.

Ötən həftə BƏƏ-də keçirilən COP28 qlobal iqlim konfransı çərçivəsində layihənin iştirakçıları arasında Green Vein - “Yaşıl damar” adlı anlaşma memorandumu imzalanıb. K&K ilə yanaşı, layihədə Siemens Energy, Prysmian Group və CESI şirkətləri də iştirak edir.

Enerji dəhlizinin planlaşdırılan gücü 3 GVt təşkil edir ki, bu da İtaliyada pik enerji istehlakının təxminən 5 faizini təmin etməyə imkan verir:

“Bu, dünyanın ilk yaşıl enerji nəqli layihəsidir. Bunu əvvəllər heç kim etməyib. Elektrik enerjisi mənbələrindən (hazırda Misirdə tikilir - İF) əldə ediləcək. Bu, həqiqətən də "yaşıl" dəhliz olacaq. Biz Misirin enerji şəbəkəsindən istifadə etməyəcəyik, çünki o, təkcə bərpa olunan enerji mənbələrindən deyil, həm də qaz və dizeldən əldə edilən müxtəlif mənbələrdən elektrik enerjisi alır. Və biz yalnız "yaşıl” enerjidən istifadə etməyə qərar vermişik”.

Seifin dediyinə görə, ətraf mühitin qiymətləndirilməsini əhatə edən hazırlıq mərhələsi uzun olub və təxminən üç il çəkib. Layihənin təşəbbüskarları Yaşıl Vyana planının praktiki olaraq həyata keçirilməsinin prinsipcə mümkün olub-olmadığını müəyyən edəcək bir neçə suala cavab tapmalı olublar:

"Dənizdə hər yerə kabel çəkmək mümkün deyil. Aralıq dənizi ilə marşrut hazırlayarkən bizim vəzifəmiz 3,6 km-dən çox dərinlikdən qaçmaq idi, çünki əks halda, kabel çəkmək sadəcə olaraq mümkün olmazdı. Hal-hazırda 2,5 km-dən çox dərinliklər üçün dünyada kabel yoxdur. Yalnız İtaliyanın Prysmian Group texnologiyası (3,5 km dərinlikdə kabellərin çəkilməsi üçün –red.) var, hazırda sınaqdan keçirilir”.

Bundan əlavə, Misir və İtaliya tərəfində güclü çeviricilərə ehtiyac var:

"Üç gigavat böyük bir konvertordur, onları yalnız iki şirkət istehsal edir: Hitachi və Siemens Energy. Bazarda onların çatışmazlığı var. İndi Hitachi və ya Siemens Energy-yə yazsam: "Əziz cənablar, mənə 3 GVt üçün konvertorlar lazımdır, cavab verəcəklər ki, “tamam, biz 2030 və ya 2035-ci ildə sizə qayıdacağıq”.

Lakin biz Siemens Energy ilə çoxdan müqavilə imzalamışıq, ona görə də bizim üçün konvertorların istehsalına 2024-cü ildə başlanacaq. Əslində, bu, heç də asan deyildi. Siemens Energy hökumətlərlə işləyir və biz özəl şirkətik”.

Qeyd edək ki, ötən ilin dekabrında Buxarestdə imzalanan 4 tərəfli memoranduma əsasən Qara dənizin dibi ilə Azərbaycandan elektrik enerjisini Rumıniyaya nəql edəcək 3 gVt gücündə kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq layihənin texniki-iqtisadi əsaslandırılması yekunlaşmaq üzrədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR