İnsanlara hürriyət, millətlərə istiqlal!

Mircəlal Kazımi Gürcüstan məhkəməsinin barəsindəki beynəlxalq axtarış qərarını araşdırır

1846 16.01.2024 13:16 Kriminal A A

Tbilisi şəhər Məhkəməsinin azərbaycanlı məşhur cərrah-transplantoloq Mircəlal Kazıminin beynəlxalq axtarışa verilməsi üçün İnterpola müaciət etməsi haqda xəbər vermişdik.

Barəsindəki həbsli axtarış qərarına münasibət bildirən Mircəlal Kazımi Musavat.com-a deyib ki, məsələ ilə bağlı araşdırma aparılır. Məşhur cərrah-transplantoloq əlavə edib ki, araşdırmalardan sonra redaksiyamıza bu haqda açıqlama verəcək.

Qeyd edək ki, Musavat.com-a daxil olan məlumatda deyilir ki, Mircəlal Kazımi “bir qrup şəxsin, xəstələrin böyük ölçüdə pul məbləğini ələ keçirməsi və ya ələ keçirmək cəhdi” işi çərçivəsində axtarışa verilib. Cinayət işi 2018-ci ildən araşdırılır və Mircəlal Kazımi o zamandan iş üzrə istintaqa cəlb edilən şəxslər siyahısında olub. O zaman Azərbaycan mətbuatında bu haqda yazılar dərc olunub.

Həmin yazılardan birindən sitat:

- Cinayət işinin materiallarına əsasən, “Lanset” klinikasında 2016-cı ilin martında iki xəstənin ölümünə gətirib çıxaran qaraciyər köçürməsi əməliyyatları həyata keçirilib. Ekspertiza nəticəsində məlum olub ki, ölən xəstələrdən heç birinin təcili əməliyyata ehtiyacı yox idi, buna onları cərrah-transplantoloq və klinikanın direktoru inandırıb. Xəstələrə deyiblər ki, onlara təcili qaraciyər köçürülməlidir, bunun qiyməti 40 min dollardır. Hər iki xəstə kredit götürüb. Onlar 2016-cı il martın 3-də və 8-də əməliyyat olunub. Hər ikisi əməliyyatdan sonra bir həftə ərzində vəfat edib.

LANSET.jpg (19 KB)

“Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə, prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətlə müraciət edir. Bu vəsatət təmin edildikdən sonra M.K. barəsində axtarış elan ediləcək”, - deyə Gürcüstan prokurorluğunun bəyanatında bildirilirdi.

O zaman barəsindəki ittihamlara aydınlıq gətirən Mircəlal Kazımi demişdi ki, qanun qarşısında hamının bərabər olduğu prinsipini əsas tutaraq, sözügedən cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR