İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası - prezident seçkisi əsas müzakirə mövzusudur

474 19.12.2023 11:52 Siyasət A A

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova YAP İdarə Heyətinin 7 fevral növbədənkənar prezident seçkisində dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü xatırladıb və bu qərarı zəruri edən amillərdən danışıb.

Deputat Bəhruz Məhərrəmov da prezident seçkisindən danışıb. O bildirib ki, demokratik quruluşa təminat vermək dövlətimizin ali konstitusion niyyətlərindən biridir:

“Seçki isə demokratik quruluşun ən önəmli elementlərindəndir. Elan edilmiş növbədənkənar prezident seçkisi sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. Azərbaycan xalqı hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa yalnız cənab İlham Əliyevlə adlamağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkisində İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu. Bəli, bu gün heç bir siyasi qüvvənin cənab İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb”.

Deputat qeyd edib ki, konstruktiv müxalifətin rahat şəkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir:

“Anti-milli ünsürlərin bu dəfə də prosesdən kənarda qalması əslində xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. 5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən bir ovuc ünsür guya seçkiləri “boykot” edir. Bu xalq sizi çoxdan boykot edib, siz kimi boykot edirsiniz? Bu gün Azərbaycanda seçkilərin boykot edilməsi üçün heç bir siyasi-hüquqi şərait və zərurət yoxdur. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki, siyasi sabitliyi pozaraq ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar. Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı nə bu gün, nə də gələcəkdə hər hansı bir xarici və daxili ünsür zədələyə bilər”.

B.Məhərrəmov bildirib ki, siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi seçkidir və bundan kənar istənilən cəhd ictimai sabitliyə yönələn təhdiddir, milli maraqlara yönəlik istənilən təhdid Azərbaycan xalqının iradəsi ilə beşiyindəcə boğulacaq:

“Ənənəvi destruktiv qərb strukturları bu reallığın fərqindədir və Avropa Parlamentinin bir qrup korrupsioner deputatı da başda olmaqla, bəzi dairələr beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə saxta bəhanələr altında seçki öncəsi bəyanatlar verməyə başlayıblar. Amma möhtərəm Prezidentin ifadə etdiyi kimi, “200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər? Beynəlxalq ictimaiyyətin Azərbaycana real baxışının göstəricisi 3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un evsahibliyini Azərbaycana həvalə etməsidir. Bu, cənab İlham Əliyevin də ifadə etdiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR