İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin iclası başlayıb

385 27.05.2022 11:33 Gündəm A A

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova giriş nitqi ilə çıxış edərkən əvvəlcə son günlər Azərbaycanın evsahibliyi, Milli Məclisin təşkilatçılığı ilə keçirilən tədbirlərdən bəhs etdi. Bildirdi ki, mayın 17-də Bakıda, Milli Məclisdə yüksək səviyyədə baş tutan İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının növbəti konfransından danışdı. Bildirdi ki, konfransda sədrlik Paskistan Milli Assambleyasından Azərbaycan Milli Məclisinə təhvil verilib və konfransın yekunu kimi Bakı Bəyannaməsi imzalanıb. “Sənəddə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan xalqı təbrik edilir, Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərdə apardığı yenidənqurma işləri dəstəklənir”-spiker məmnunluqla əlavə etdi.

Daha sonra komitə sədri Səməd Seyidov Gürcüstan parlamentlərarası toplantı ilə bağlı məlumat verdi. Bildirdi ki, növbəti toplantı Tiflisdə keçiriləcək.

Daha sonra komitə sədri Zahid Oruc çıxış etdi və Azərbaycanda keçirilən çox mühüm tədbirlər barədə danışdı.

Komitə sədri Əhliman Əmiraslanov isə parlament nümayəndə heyətinin Türkiyədə keçirilən tədbirdə uğurla iştirak etdiyini söylədi.

İclas davam edir.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR