İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə İrana qarşı kəskin çıxışlar: parlamentdən etiraz bəyanatı

479 08.04.2023 10:46 Gündəm A A

“Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır” - sənəddə deyilir

Aprelin 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirildi. Sədr giriş nitqində aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunduğunu, həmçinin İran parlamentində saxta və uydurma ittihamlar üzərində qurulan bir bəyanatın qəbul edildiyini söylədi.

“Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün  Azərbaycanın İsrail dövlətində səfirliyinin açılmasından narahat olur. Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”, - spiker qeyd etdi.

Sahibə Qafarova daim ölkəmizin mənafeyini müdafiə edir” – Vitse-spiker

Milli Məclisin sədr müavini Fəzail İbrahimli İran parlanentində qəbul olunmuç anti-Azərbaycan bəyanata kəskin etirazını bildirdi. Dedi ki, 210 parlament üzvünün qəbul etdiyi bəyanat şər, böhtan, yalan və riyakarlıq üzərində hazırlanıb. Vitse-spiker qeyd etdi ki, İran Azərbaycan səfirliyinin İsraildə açılmasından qəzəblənib. “Məgər müsəlman dövlətlərində İsrail səfirlikləri yoxdurmu, onların İsraillə əlaqələri mövcud deyilmi? Niyə məhz Azərbaycan səfirliyinin açılması İranı bu qədər özündən çıxarıb və parlament səviyyəsində təhqir, şantaj xarakterli bəyanat qəbul olunub?”

Milli Məclisin yeni sədr müavini Fəzail İbrahimli » Avrasiya.Net

Milli Məclisin sədri Sahibə Qafarova İrana etiraz bəyanatının hazırlanması ilə bağlı komissiyanın yaradılmasını təklif etdi. Vitse-spiker Fəzail İbrahimlinin sədrlik etdiyi komissiyaya Cavanşir Paşazadə, Kamran Bayramov, Elşad Mirbəşir, Rafael Hüseynov, Afət Həsənova üzv daxil edildi.

Deputat sərt danışdı : "İranın bu mövqeyi..."

Deputat Bəxtiyar Əliyev İranın anti-Azərbaycan mövqeyinə etirazını bildirərək xatırlatdı ki, rəsmi Tehran daim Azərbaycanın düşmənləri ilə bir yerdə olub: “Azərbaycan torpaqları 30 il ərzində işğal altında qaldığı müddətdə İranın səlahiyyətli şəxsləri bir dəfə də olsun Azərbaycan ərazilərini işğal edən, Xocalı soyqırımını törədən, onlarla Azərbaycan kəndlərində soyqırımlar törətmiş Ermənistanın bu hərəkətlərinə qarşı bəyanat qəbul etməyib, əksinə, Ermənistanla diplomatik əlaqələri və hərbi əməkdaşlığı genişləndirib”.

Deputat Azər Badamov İranın anti-Azərbaycan siyasətinə etiraz olaraq bildirdi ki, İran islam dini pərdəsi altında özlərinin riyakar niyyətlərini reallaşdırmağa çalışır. Deputatın sözlərinə görə, belə olmasaydı, islam dininə yüksək dəyər verən Azərbaycana qarşı düşmən siyasətini yürütməzdi: “Əgər İran özünü islam respublikası adlandırırsa, nə üçün islam dininin dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona dəstək verir?”

Kamran Bayramov: Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatlar  müasir dövrün tələbidir - "İki sahil"

Milli Məclisin İran parlamentinə cavab bəyanatını deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırdı. Bəyanat səsverməyə çıxarılaraq qəbul edildi.

Sənəddə deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir: “Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır”.

İran parlamentinin qərəzli bəyanatına etiraz bəyanatının qəbul olunmasından sonra bir sıra deputatlar təkliflərini səsləndirildi. Deputat Sabir Rüstəmxanlı bildirdi ki, spiker Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Əlcəzairdə keçirilən toplantısında İranı sərt şəkildə tənqid edib. Deputat bu qurumda İrana qarşı kifayət qədər dövlətlərin olduğunu söylədi və bəyanatın İƏT-ə də göndərilməsini zəruri saydı. S.Rüstəmxanlı həmçinin İranda yaşayan 40 milyon soydaşımızın pozulan hüquqları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilməsini də təklif etdi.

Səməd Seyidov: "Azərbaycana qarşı müqavimət və təhdidlər var" - 18.10.2022,  Sputnik Azərbaycan

Komitə sədri Səməd Seyidov öz növbəsində 40 milyon azərbaycanlının pozulan hüquqları ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edildiyini söylədi. Bildirdi ki, güneyli soydaşlarımız da bu məsələlərdə aktiv fəaliyyət göstərir. S.Seyidov da Milli Məclisin bəyanatının bütün beynəlxalq təşkilatlara göndərilməsini vacib saydı.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Deputat Hikmət Babaoğlu dedi ki, Azərbaycan daim İslam dinini sülh dini kimi təbliğ edir. Amma İranın yürütdüyü siyasətə görə, İslam terrorçu din kimi təqdim olunur.

Oxu.az - Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə  edib? – SİYAHI

Deputat Fəzail Ağamalı səsləndirilən təklifləri müdafiə etməklə yanaşı, əlavə təklif irəli sürdü. O, diaspor təşkilatlarımızı xarici təhdidlər əleyhinə mitinqlər keçirməyə çağırdı. F.Ağamalı həmçinin Azərbaycanın İrana qarşı sanksiyalara qoşulmasını, anti-İran koalisiyasında yer almağımızı təklif etdi.

Qüdrət Həsənquliyev özünə 8 min, Oqtay Əsədova 10 min manat maaş tələb edir  - 04.05.2018, Sputnik Azərbaycan

Deputat Qüdrət Həsənquliyev isə İran İslam Respublikası ilə bağlı qəbul edilən bəyanatın çox yumşaq hazırlandığını söylədi. “Kaş onlar bunu qiymətləndirməyi bacarsınlar. Amma belə olacağını düşünmürəm. Qorxuram ki, panfarsistlər bunu bizim zəifliyimiz kimi qəbul etsinlər” - deputat bildirdi.

Daha sonra gündəlikdəki məsələ, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşu barədə danışan Q.Həsənquliyev bildirdi ki, bu medalın təsis olunmasını alqışlayır: “Amma təklif edirəm ki, əsasnamədə dəyişikliklər etməliyik. Ümumiyyətlə orden və medalların təsis olunması haqqında 1992-ci ilin noyabr ayında qanun qəbul olunub. Həmin qanun layihəsi iki maddədən ibarətdir. Düşünürəm qanun layihəsində qeyd olunmalıdır ki, orden və medalları kimlər tərəfindən təltif olunur. Əsasnamədə göstərilməlidir ki, kimlərə verilir və hansı formada təqdim olunur”.

İclasda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri deputat Siyavuş Novruzov çıxış edərək bildirdi ki, yalan informasiyalara qarşı qanunla mübarizə aparmalıyıq: “Mətbuata baxanda görürsən ki, sənin haqqında nə qədər yalan informasiya yayılır. Belə olan halda hər adamı məhkəməyə verməyə qalxsaq, gərək, hər məhkəmənin qabağında 100 deputat dayansın. Gündəlik olaraq yalan informasiyalarla qarşı-qarşıyayıq”.

Razi Nurullayev deputat hemkarinin gullelenmesinden DANIŞDI

 Deputat Razi Nurullayev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirdi ki, qanuna edilən dəyişiklik bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının hərraclar olmadan da həyata keçirilməsinə imkan verir. “Bu dəyişiklik on minlərlə vətəndaşımızın onilliklər boyu çəkdiyi məşəqqətlərə son qoya bilər. Bu məsələnin həlli ilə bağlı dəfələrlə məsələlər qaldırmışıq və indi bəhrəsini görən zaman sevinirik”b - deputat bildirdi.

R.Nurullayev vurğuladı ki, vətəndaş 10 il, 15 il, 20 il bələdiyyə torpağına sahib olub, ev tikib, kommersiya obyekti tikib, amma onun üzərində mülkiyyət və icarə hüququnu təmin edə bilməyib: “10 il, 20 il vətəndaşa məxsus olan torpaqları hərraca çıxarıb onların başına müxtəlif tipli müsibətlər gətiriblər. Tutaq ki, 20 ildir ki, torpaq mənimdir, o hərraca çıxarılır və elə bu işi bilənlər və təşkil edənlər tərəfindən başqa rayonlardan öyrədilmiş şəxslər cəlb edilir ki, onlar qiyməti qaldırsınlar və yaxud alsınlar. Torpağın sahibi isə az qalır ki, infarkt keçirsin və sonra düşür o şəxslərin arxasınca, yalvarır ki, heç olmasa Allahdan qorxun, belə pislik etməyin. Amma, o pisliyi yaradanlar və idarəedənlər olub və yenə də olacaq”.

İclasda Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi  müzakirəyə çıxarıldı.

Məcəlləyə əsasən, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda, tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək. Qeyd edək ki, hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif edilən dəyişiklərə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə biləcək. Layihəyə əsasən, həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər. Mövcud qanunvericiliyin tələblərinə görə hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Layihədə qeyd edilib ki, tətbiq ediləcək qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verəcək.

Millət vəkili Etibar Əliyev: “Tanınmış şəxslərin tənqidə qarşı immuniteti  çox zəifdir”

Deputat Etibar Əliyev Milli Məclisdə bələdiyyələr və torpaq sahələri ilə bağlı məsələlərin müzakirəsi zamanı ilginc fikirlər söylədi.

“Seçildiyim Suraxanı rayonunda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda İcra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa, hamısını satıblar və zəbt ediblər”, - deyə o, ciddi ittihamlar səsləndirdi.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat deyib ki, bələdiyyələrlə bağlı çox mühüm fərman və sərəncamlar icra olunmur: “15 yanvar 2001-ci ildə ”Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezident fərmanı olsa da, indiyə kimi əmlak bələdiyyələrə verilməyib. Bakı Bələdiyyələrinə torpaqların xəritəsi belə verilməyib".

E.Əliyevin sözlərinə görə, adını çəkdiyi şəxslərə qoşulanlardan biri də 30 il Suraxanı rayon Mənzil kommunal təsərrüfatı birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir: “Bir rayonu 4 nəfər işğal edib”.

Deputat dedi ki, 222 min əhalisi olan rayonda bir peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var: “Peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır”.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR