İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli komandalarda ən çox oyun keçirən baş məşqçilər bəlli olub

394 17.12.2022 13:51 İdman A A

Milli komandalarda ən çox oyun keçirən baş məşqçilərin adları müəyyənləşib.

“Report”un məlumatına görə, Fransa yığmasının çalışdırıcısı Didye Deşam Qətərdə keçirilən dünya çempionatındakı matçlar sayəsində ilk “10-luğ”a düşə bilib.

2012-ci ildən “üçrənglilər”ə rəhbərlik edən mütəxəssis hazırda siyahının 10-cu pilləsində qərarlaşıb. Deşam dekabrın 18-də DÇ-2022-nin final qarşılaşmasında komandasını Argentina seçməsi üzərinə çıxarmaqla daha bir addım irəliləyəcək. Bu, 54 yaşlı məşqçinin millidə 139-cu görüşü olacaq. Bununla Deşam 9-cu sıradakı mərhum ingiltərəli Uolter Vinterbottoma çatacaq.

Cədvələ Lars Laqerbek başçılıq edir. İsveçli mütəxəssis karyerası ərzində üç fərqli millidə 228 oyuna çıxıb. İkinci pillədə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts qərarlaşıb. 2008-2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik etmiş almaniyalı ümumilikdə 205 matçda iştirak edib.

Baş məşqçi

Oyun sayı

Komanda: müddət

İlk oyun

Son oyun

Lars Laqerbek

228

İsveç: 2000-2009

İslandiya: 2012-2016

Norveç: 2017-2020

31.01.2000

18.11.2020

Berti Foqts

205

Almaniya: 1990-1998

Şotlandiya: 2002-2004

Azərbaycan: 2008-2014

29.08.1990

13.10.2014

Yoaxim Löv

198

Almaniya: 2006-2021

16.08.2006

29.06.2021

Zepp Herberger

167

Almaniya: 1936-1964

13.09.1936

07.06.1964

Morten Olsen

166

Danimarka: 2000-2015

16.08.2000

17.11.2015

Fernandu Santuş

158

Yunanıstan: 2010-2014

Portuqaliya: 2014-2022

11.08.2010

10.12.2022

Helmut Şön

154

Saar: 1952-1956

Almaniya: 1964-1978

20.04.1952

21.06.1978

Zepp Piontek

142

Danimarka: 1979-1990

Türkiyə: 1990-1993

29.08.1979

28.04.1993

Uolter Vinterbottom

139

İngiltərə: 1946-1962

28.09.1946

21.11.1962

Didye Deşam

138

Fransa: 2012-2022

15.08.2012

14.12.2022

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR