İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkilindən ETİRAZ: "Həcc ziyarətinə gəlir mənbəyi kimi baxmaq..."

733 16.03.2023 20:38 Gündəm A A

"Bu, kommersiya məsələsidir. Otellərin və s. xidmətlərin qiyməti barədə dəqiq məlumatım yoxdur. Vicdanı, mənəviyyatı olanlar təhsildən, yoldan, səhiyyədən, xüsusilə Həcc ziyarətindən pul oğurlamırlar".

Bu fikirləri Musavat.com-a millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, Həcc ziyarətinə gəlir mənbəyi kimi baxmaq ayıbdır: "Ümid edirəm ki, belə niyyət yoxdur və qiymətlər bazar şərtlərinə uyğun təyin edilib. Bu elə məsələdir ki, mənəvi kriteriyalar ön planda olmalıdır. Pul qazanmağın başqa yolları da var. İnsanların inancı ilə bağlı məsələlərdə spekulyasiyalara yol vermək xoşagələn hal deyil. Bu məsələ aydınlaşdırılmalıdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR