İnsanlara hürriyət, millətlərə istiqlal!

"Milan" və "Yuventus"dan qələbə

787 14.11.2022 08:58 İdman A A

Noyabrın 13-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunları keçirilib.

Musavat.com Trend-ə istinadən bildirir ki, "San Siro" stadionunda "Milan" "Fiorentina" komandasını qəbul edib. Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların heyətində hesabı 2-ci dəqiqədə Olivier Jiru açıb. 28-ci dəqiqədə qonaqlar Antonin Barakla hesabı bərabərləşdirsələrdə, gücləri bundan artığına çatmayıb. Belə ki, 90+4-cü dəqiqədə serbiyalı müdafiəçi Nikola Milenkovicin avtoqolu ilə "Milan" 2-1 hesablı qələbəyə sevinib.

Digər oyunda "Yuventus" öz meydanında "Latiso" ilə qarşılaşıb.

Oyunda hesabı matçın 43-cü dəqiqəsində Moise Kean açıb. Fasilədən sonra daha bir qol vuran M.Kean dublunu rəsimləşdirib. 90-cı dəqiqədə isə Arkadiusz Milik son nöqtəni qoyub-3:0. Bu nəticədən sonra "Yuventus" 31 xalla üçüncü, "Latsio" isə 30 xalla bir pillə aşağıda yer alıb.

Qeyd edək ki, turnirə 44 xalla "Napoli" başçılıq edir. "Milan" klubu isə 33 xalla ikinci yerdə qərarlaşıb.

Turun digər görüşlərində isə bu nəticələr qeydə alınıb: "Monza" 3:0 "Salernitana", "Roma" 1-1"Torino", "Verona" 1-2 "Spezia", "Atalanta"2:3 "İnter".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR