İnsanlara hürriyət, millətlərə istiqlal!

Milan Obradoviç: "Bəzi futbolçuların yanaşması heç xoşuma gəlmədi"

571 30.03.2022 02:36 İdman A A

"Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi".

"Report"un məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç Bakıda Belarusa 1:3 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis birinci hissədə müdafiəçilərin oyunundan razı qalmadığını bildirib: "Bununla belə, ilk 45 dəqiqədə bir neçə qol epizodu yaratdıq. Konsentrasiya problemindən 2 qol buraxdıq. İkinci hissədəki oyundan razıyam. Epizodlar yaradırdıq, topa sahib olurduq. Yoldaşlıq oyunu olduğundan yeni oyunçuları yoxlamaq imkanım oldu. Misal üçün, birinci hissədə oynayan "onbirlik" demək olar ki, birlikdə bir dəfə məşq etmişdi".

45 yaşlı baş məşqçinin sözlərinə görə, millidə oynayan futbolçu istəkli olmalıdır: "Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm. Hər kəs səhv edə bilər. Amma istək mütləq olmalıdır. Biz özümüzü yox, ölkəmizi təmsil edirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR