İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Cabbarov: “Hesabat dövründə sənaye zonalarının istehsalı 55 faizdən çox artıb”

842 16.11.2022 14:25 İqtisadiyyat A A

Milli Məclisdəki büdcə müzakirələrində iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış etdi. Nazir Azərbaycanın bir sıra iqtisadi göstəriciləri barədə deputatları məlumatlandıraraq bildirdi ki,cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 23 milyard ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 3,1 dəfə çoxdur.

M.Cabbarov qeyd etdi ki, ölkə prezidentinin uzaqgörən siyasəti Azərbaycanı bölgə və Avropa üçün dayanıqlı enerji təchizatçısına çevirib, ölkəmizə əhəmiyyətli üstünlüklər, o cümlədən siyasi fiskal iqtisadi dividentlər gətirib: “Bu, xüsusilə Cənub Qaz Dəhlizi ilə Gürcüstana, Türkiyəyə və Avropaya “Şahdəniz” qaz yatağından artan həcmlə hasil olunan qazın çatdırılması ilə bağlıdır. Dövlət başçısının tapşırığı ilə ölkəmizin dəyişən dünyada dayanıqlı enerji təchizatçısı rolunun artırılması məqsədi ilə Energetika Nazirliyinin kordinasiyası ilə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istehsal olunan enerjinin Avropa İttifaqına çatdırılması məqsədi ilə mühüm işlər həyata keçirilir. Bütün bu işlər ölkənin xarici ticarət balansında böyük müsbət saldo yaradır”.

M.Cabbarov bildirib ki, bu ilin 10 ayı ərzində Azərbaycan iqtisadiyyatı 5.2 faiz, qeyri-neft-qaz sektoru isə 9.7 faiz artıb. Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda nəqliyyat, turizm, tikinti, kommunikasiya sahələri yüksək artım tempi göstərib: “Ölkədə sənaye zonalarının fəaliyyəti qeyri-neft-qaz sektorunda artıma böyük təsir göstərib. Hesabat dövründə sənaye zonalarının istehsalı 55 faizdən çox artıb”.

E.Paşasoy,

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR