İnsanlara hürriyət, millətlərə istiqlal!

Meymunçiçəyinin dəhşətli əlamətləri ortaya çıxıb

866 04.08.2022 17:48 Səhiyyə A A

Cinsiyyət üzvlərinin şişməsi və rektal ağrılar meymunçiçəyi xəstəliyinin əlaməti ola bilər.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə “British Medical” jurnalı məlumat yayıb.

“Guy’s and St Thomas’ NHS Foundation Trust” fondunun alimləri 3 ay ərzində meymunçiçəyi xəstəliyinə tutulduğu təsdiqlənən 197 kişinin sağlamlıq vəziyyətini öyrəniblər. Verilən məlumatlara əsasən, mütəxəssislər xəstəliyin yeni simptomlarını müəyyən ediblər.

Tədqiqat nəticəsində 71 xəstənin düz bağırsağın ağrısından şikayət etdiyi və 31 nəfərdə cinsiyyət üzvlərinin şişdiyi məlum olub. Qeyd olunub ki, bəzi insanlarda bu əlamətlər dəridə səpgilər görünməzdən əvvəl özünü göstərməyə başlayır. Bundan əlavə, bütün müayinə olunan kişilərdə cinsiyyət orqanlarında və ya ağızda müxtəlif səpgilər əmələ gəlib. Eyni zamanda eksperimentdə iştirak edən 197 kişidən 70-də HİV, 56 könüllüdə isə cinsi yolla keçən xəstəliklər aşkarlanıb.

Xəstələrin əksəriyyətində qızdırma, limfa düyünlərinin şişməsi və əzələ ağrıları kimi tipik meymunçiçəyi əlamətləri olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR