İnsanlara hürriyət, millətlərə istiqlal!

Mexikoda şəhərin ən çox axtarılan cinayətkarlarından biri saxlanılıb

611 20.03.2024 01:48 Dünya A A

Mexiko şəhərinin hüquq-mühafizə orqanları Meksikanın paytaxtında ən çox axtarılan cinayətkarlardan birini, “El Çori” ləqəbli (ispan dilindən tərcümədə “sosisli sendviçi” – red.) saxlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço sosial şəbəkədə bildirib.

“Aylarla davam edən müşahidə və istintaq işlərindən sonra Mexiko şəhərinin İctimai Təhlükəsizlik Katibliyinin əməkdaşları tərəfindən paytaxtın mərkəzi zonasında fəaliyyət göstərən cinayətkar qrupun lideri Eduardo “N”nin Tlalpan bölgəsində həbs edilib”, – Vazkes Kamaço yazıb.

O, əlavə edib ki, həbs edilən şəxsdən “narkotik, odlu silah və pul” götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR