İnsanlara hürriyət, millətlərə istiqlal!

“Meta”nın süni intellekt robotu şeir yazır, şəkil çəkir

508 13.04.2024 13:31 Dünya A A

Bir çox texnologiya şirkətləri kimi “Meta” da bir müddətdir ki, səylərini süni intellektə yönəldir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şirkət “Meta AI”-ni 2023-cü ilin sentyabrında ortaya çıxarıb və son bir neçə ayda Facebook Messenger və WhatsApp kimi məhsullara çat botunu əlavə edib. İndi “Meta” daha bir addım ataraq, süni intellektli söhbət botunu Instagram-a inteqrasiya edib.

Şirkətin süni intellektlə işləyən “Meta AI” söhbət robotu suallara cavab verə, şeir yaza və sadə mətn sorğusu ilə şəkillər yarada bilər.

“Meta” sözçüsü deyib ki, süni intellektlə işləyən generativ təcrübələr inkişaf mərhələsindədir və onlardan bəziləri məhdud imkanlarla açıq şəkildə sınaqdan keçirilir. Bu o deməkdir ki, bu funksiya hələ hər kəs üçün əlçatan deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR