İnsanlara hürriyət, millətlərə istiqlal!

“Meta”nın mütəxəssisi şirkətdən dörd milyon dollar oğurlayıb

413 14.12.2023 17:00 Dünya A A

“Facebook” sosial şəbəkəsinin keçmiş qlobal müxtəliflik strategiyası mütəxəssisi Barbara Furlou-Smayls şirkətdən dörd milyon dollardan çox məbləğdə oğurluq etdiyini etiraf edib.

Prokurorlar bildiriblər ki, 38 yaşlı Furlou-Smayls çalışdığı şirkəti heç vaxt təqdim etmədiyi mal və xidmətlərə görə pul ödəməyə məcbur edib. Daha sonra isə bu xidmətləri təqdim etdiyi iddia olunan şəxslər ona geri ödəmələr ediblər. Bu şəxslərin sırasına onun dostları, qohumları, əvvəlki işindən keçmiş təcrübəçilər, dayələr, saç stilisti və universitet müəllimi daxildir.

Qeyd edək ki, Furlou-Smaylsa martın 19-da hökm oxunacaq. O, beş min dollar girov müqabilində sərbəst buraxılıb.

Mənbə: cnbc.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR